Qaçış üzrə efiopiyalı atlet Feyisa Lilesa Rio Olimpiadasında finiş xəttini keçəndən sonra əllərini başı üzərində X formasında qaldırıb.
Gümüş medalçının bu jestinin mənasını çoxları anlamayıb. Halbuki çox təhlükəli bir hərəkət idi, buna görə ölkəsində onu həbs gözləyir. "The Washington Post" qəzetində Kevin Sieff bu barədə xüsusi araşadırma aparıb.
Lilesa həmin jestlə Efiopiya hökumətinin etnik çoxluq olan Oromo xalqının yüzlərlə nümayəndəsini qətlə yetirməsinə etiraz edirdi. Oromo xalqı hökumət tərəfindən sıxışdırıldığını deyir, onlara məxsus torpağın yenidən bölüşdürülməsinə etiraz aksiyaları keçirib. "Human Rights Watch" insan haqları təşkilatının məlumatına görə, noyabrdan bəri bu qanlı aksiyalarda 400-dən çox adam öldürülüb.
Oromo aylardır həmin bu X jestindən istifadə edir. 26 yaşlı Lilesa mətbuat konfransında da həmin mesajının arxasında durub:
"Efiopiya hökuməti mənim xalqımı öldürür, Oromo tayfasına mənsubam. Hər yerdə bu etirazları dəstəkləyirəm. Yaxınlarım həbsdədir, demokratik hüquqlar barədə danışırlarsa, onları öldürürlər".
Qəzet yazır ki, atletlə bağlı hər şey bir neçə saniyə içində dəyişib, Lilesa milli qəhrəmandan ölkəsinə qayda bilməyəcək bir şəxsə çevrilib. Axı xeyli sayda Oromo etirazçısı indi həbsdədir.
Efiopiya dövlət televiziyası oyunu təkrar göstərməyib.(sport7.az)
Fanat.Az