Rio Ferdinand: "Bu, Messinin edəcəyi iş deyil"

Rio Ferdinand: "Bu, Messinin edəcəyi iş deyil"

İngiltərə milli komandasının sabiq üzvü Rio Ferdinand Leonel Messiyə "Mançester Siti" ilə oyunda "canlı sədd"in arxasında uzanmaq rolunu verən baş məşqçi Mourisio Poçettinonun ulduz futbolçuya qarşı hörmətsizlik etdiyini düşünür.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasında "Mançester Siti" üzərində 2: 0 hesablı qələbə qazanan PSJ-də ilk qolunu vuraraq "Park De Prins"i ayağa qaldıran Messi bir qədər sonra qonaqların cərimə zərbəsi zamanı "canlı sədd"in arxasında uzanarkən görüntülənməsi birmənalı qarşılanmayıb. Ferdinand sosial şəbəkə hesabından tvit ataraq zarafatla qeyd edib ki, PSG komandasında olsaydı, Messinin əvəzinə özü yerdə uzanardı:  "Əgər mən həmin komandada çıxış etsəydim, deyərdim, yox, mən sənin yerinə uzanaram orda. İmkan verməzdim ki, orda belə uzansın. Bu, Messinin edəcəyi iş deyil". Rio Ferdinand: "Bu, Messinin edəcəyi iş deyil" Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər