"Bayern Münih"in ulduz futbolçusu Frank Riberi "Qızıl Top" mükafatını qazana bilmək üçün bu il olduqca ümidlidir.
İdman24.az xəbər verir ki, "Kicker"ə danışan Riberi, "Bu mükafat üçün ya indi, ya da əsla kimi bir vəziyyət söz mövzusudur. Çox yaxşı bir mövsümü geridə buraxdım. Bir çox insanın da bu mükafatı haqq etdiyimi düşündüyünün fərqindəyəm", deyib.
İdman24.az