Riberi FIFA-nı suçladı

Riberi FIFA-nı suçladı
Frank Riberi FIFA-nı tənqid edib. Fanat.az xəbər verir ki, "Bavariya"nın fransız ulduzu ali futbol qurumunu "Qızıl top" mükafatı üçün səsvermənin müddətini uzatdığına görə hədəfə alıb.
Riberi FIFA-nı utanmazlıqda suçlayıb. "Bavariya"nın futbolçusu vaxtın uzadılmasının onun əleyhinə olduğunu bildirsə də, heç nədən qorxmadığını bildirib.
Riberi Kriştiano Ronaldonun mükafatlandırma mərasiminə qatılıb-qatılmayacağı ilə bağlı müzakirlərlə bağlı da danışıb: "Bu mənim maraqlandırmır. Bununla bağlı nə Ronaldo, nə də başqaları ilə danışmışam. Onun təqdimata gəlib-gəlməməsi ilə maraqlanmıram. Mənim üçün ilk üçlüyə belə düşmək şərəfdi. Sadəcə buna görə qalaya qatılaram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər