Reynders A Seriyasına qayıdır

Reynders A Seriyasına qayıdır

İtaliyanın "Yuventus" klubu heyətini gücləndirmək məqsədilə transfer bazarında yenidən fəallaşıb.

Fanat.Az xəbər verir ki, Turin təmsilçisi "Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Ticcani Reyndersə olan marağını yenidən bərpa edib.

İtalyan nəhəngi təcrübəli orta sahə oyunçusunu heyətinə qatmaq üçün artıq icarə variantı üzərində intensiv iş aparır.

Reyndersin yenidən İtaliya çempionatına qayıtması ilə bağlı tərəflər arasında danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər