Reynaldonun yeni baş məşqçisi

Reynaldonun yeni baş məşqçisi

Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Fanat.Az xəbər verir ki, Adana təmsilçisini Eyüp Arın çalışdıracaq.

O, bu postda ötən gün istefaya verən Levent Şahini əvəzləyib. Klubun aşağı yaş qrupları üzrə komandasına baş məşqçi vəzifəsində çalışan Arının əsas vəzifəsi komandanı Superliqada saxlamaq olacaq. Əgər 54 yaşlı çalışdırıcı qarşısına qoyulan məqsədə çata bilsə, onunla yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldonun çıxış etdiyi “Adanaspor” Superliqada geridə qalan XXVII turda cəmi 20 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər