Reynaldo Silva Azərbaycanın futbol tarixinə düşüb. Fanat.az xəbər verir ki, braziliyalı legioner klublarımızın avrokuboklarda ən çox qol vuran iki futbolçusundan birinə çevirilib.
Ötən gecə "Salsburq"la oyunun 86-cı dəqiqəsində qələbə qolunu vuran "sambaçı" avrokuboklarda rəqib qapılarına vurduğu topların sayını 7-yə çatdırıb. Bununla da o, hazırda "Xəzər Lənkəran"da çıxış edən Rəşad Sadiqovla qol sayını bərabərləşdirib. Rəşad 7 qolu 45, Reynaldo 10 matçda vurub.
Bu mövsüm Çempionlar Liqasının II tiəsnifat mərhələsinin "Valletta" ilə cavab matçında bir dəfə fərqlənən Reynaldo ötən mövsüm Avropa Liqasında 5 qola imza atmışdı. O, Makedoniyanın "Metallurq", Polşanın "Piast", Almaniyanın "Ayntraxt" klublarının qapısına 1, İsveçin "Gelfe" klubunun qapısına 2 dəfə yol tapıb.
Fanat.az