"Sabah əlimdən gələni edəcəm ki, nəticə qazanaq. Mən də komanda yoldaşlarım kimi, qələbə üçün hər şey edəcəm. Biz bir komandayıq. Bütün futbolçular bu oyunun məsuliyyətini yaxşı başa düşür". Fanat.az xəbər verir ki, sözləri "Qarabağ"ın futbolçusu Reynaldo Silva deyib.
"Sent-Etyen"lə oyundan əvvəl keçirilən mətbuat konfransına qatılan braziliyalı sabahkı matçla bağlı danışıb: "Baş məşqçimizin dediyi kimi, bizim Avropa təcrübəmiz var. Ancaq qrup mərhələsi başqa bir təcrübədi. Futbolçularımızın hər biri üçün ciddi və məsuliyyətli oyun olacaq".
Reynaldo İsgəndər Cavadovun onun Avroliqada özünü göstərə bilməyəcəyi haqda fikirlərinə münasibət bildirmək istəməyib: "Başqalarının fikirlərini şərh etmək istəmirəm. Əlimdən gələnin ən yaxşısını meydanda qoymağa çalışacağam".
Fanat.az