Premyer-Liqanın sonuncu – 32-ci turu çərçivəsində “Xəzər Lənkəran”la səfərdə görüşəcək “Rəvan” bu oyuna hazırlığa başlayıb. İdman24.az xəbər verir ki, komanda 1 günlük istirahətdən sonra dünən axşam keçirilən məşqlə hazırlığa start verib.“Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev futbolçuları çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə kapitan iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovun ayaq biləyinin bağları zədələnib. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikolay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Zədəli olan Tofiq Mikayılovun Lənkəranda oynayıb-oynamayacağı isə sual altındadı. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və “cənublular”la oyunda forma geyə biləcək.İdman24.az
“Rəvan” ciddi itkilərlə hazırlaşır
TREND
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"