Reşford fanatı məhkəməyə verdi

Reşford fanatı məhkəməyə verdi

"Mançester Yunayted"in hücumçusu Markus Reşford sosial şəbəkələrdəki təhqirlərə görə bir fanatı məhkəməyə verib. 

Fanat.Az "OnTime Sports"a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu pərəstişkarını irqçilikdə, zorakılıqda və təhdiddə günahlandırır.

Reşfordun tutduğu 10 vəkil həmin şəxsə qarşı iddia qaldırıblar və artıq məhkəməyə göndərilib.

Reşford “qırmızı şeytanlar”ın yetirməsidir. Futbolçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. O, son mövsümdə bütün yarışlarda 32 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər