Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi- RƏSMİ

Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi- RƏSMİ

“Qəbələ” ilə yolları ayrılan Rəşad Sadiqovun karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Fanat.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Zirə”yə keçib.

 

Məlumatı paytaxt klubunun rəsmi saytı yayıb. Sadiqovla 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyinmiş Rəşad milli komandamızda da çıxış edib.

 

Qeyd edək ki, Sadiqov 23 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər