Rəşad Sadıqovun sabiq klubu geri dönür

Rəşad Sadıqovun sabiq klubu geri dönür
Rəşad Sadıqovla Ramal Hüseynovun sabiq klubu "Kocaelispor" yenidən peşəkar liqaya qayıtmaq şansı qazanıb. Fanat.az xəbər verir ki, İzmit təmsilçisi Regional Həvəskarlar Liqasının (BAL) qalibi olub.
"Kocaelispor" mövsümün sonuna 5 tur qalmış çempionluğunu elan edib. Buna səbəb İzmit təmsilçisinin ən yaxın izləyicisi "Gebzespor"un XXI turda "İstanbul Güngörenspor"la "sülh" bağlaması (0:0) olub. Bununla da "Kocaelispor" çempionluğunu elan edib.
İzmit təmsilçisi 3-cü liqada oynamaq üçün mövsümün sonunda Regional Həvəskarlar Liqasının 11 qrupunun qalibi olmuş komandalar arasında keçiriləcək "pley-off" turunu uğurla keçməlidi.
Qeyd edək ki, "Kocaelispor" klubu 1966-cı ildə yaradılıb. Tarixi ərzində Super Liqada 20 mövsüm keçirmiş komanda 2014-cü ildə həvəskarlar liqasına düşüb.
Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynov 2008-2009-cu ildə Super Liqada bu komandanın formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər