Rəşad Sadıqovun kumiri kim olub?

Rəşad Sadıqovun kumiri kim olub?

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı, hazırda "Zirə" komandasının baş məşqçisi olan Rəşad Sadıqov öz kumirlərini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, 39 yaşlı mütəxəssis "Neftçi TV"də yayımlanan "Unudulmaz xatirələr" verilişində İngiltərə "Mançester Yunayted"inin keçmiş hücumçusu Erik Kantonaya futbolçu karyerasının ilk illərində xüsusi rəğbət bəslədiyini deyib.

Veteran müdafiəçi daha sonra "qırmızı şeytanlar"ın digər sabiq üzvü Devid Bekhemə azarkeşlik etdiyini söyləyib: "Ümumiyyətlə, "Mançester Yunayted"i sevdiyimdən bu komandanın "7" nömrələrinə hər zaman xüsusi simpatiyam olub. Amma əsas kumirim Kantona idi".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər