Rəşad Sadıqovun komandası Super Liqadan düşdü

Rəşad Sadıqovun komandası Super Liqadan düşdü
Türkiyə Super Liqasını tərk edən iki klub müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kayserispor"la "Antalyaspor" aşağı liqaya yuvarlanıb.
"Antalyaspor" bu gün keçirilən XXXII turun oyununda "Elazığspor"u qəbul edib. Ali Gökdemirin komandası səfər matçında 2:12 hesablı qələbəyə sevinib. Sona 2 tur qalmış 28 xalla son pillədə qərarlaşan "Antalyaspor" 25-ci pillədəki "Qaziantepspor"la "Erciyəsspor"dan dan 8 xal geri qaldığından, Super Liqanı tərk etməsi rəsmiləşib.
"Kayserispor" isə səfərdə "Eskişəhərspor"un qonağı olub və 4:1 hesabı ilə qalib gəlib. Lakin digər Kayseri təmsilçisi "Erciyəsspor" evdə "Qaziantepspor"u 1:0 hesabı ilə yendiyindən, PTT 1-ci liqaya yuvarlanıb. "Kayserispor" sona 2 tur qalmış 29 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 1966-cı ildə qurulan "Kayserispor" sonuncu dəfə 2004-cü ildə Super Liqaya yüksəlmiş və həmin vaxtdan güclülər dəstəsində çıxış edirdi. Milli komandamızın kapitanı Rəşad Sadıqov 2005/06 mövsümündə bu komandanın formasını geyinib. 1966-cı ildən yaradılan "Antalyaspor" isə 2008/09 mövsümündən Super Liqada çıxış edirdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər