Rəşad Sadıqovun komandası həvəskarlar liqasında

Rəşad Sadıqovun komandası həvəskarlar liqasında

Vaxtı ilə Türkiyə Super Liqasında çıxış etmiş "Kocaelispor" həvəskarlar liqasında çıxış edəcək. Fanat.az xəbər verir ki, İzmit təmsilçisi 3-cü liqadakı yerini itirib. "İstanbulspor"a 0:1 hesabı ilə yenilən komanda peşəkar liqanı tərk edərək həvəskarlar liqasına düşüb. 

Qeyd edək ki, "Kocaelispor" iki dəfə Türkiyə Kubokunu qazanıb, uzun illər Super Liqada çıxış edib və İstanbul klubunun qorxulu röyasına çevirilib. İzmit klubunun çöküşü 1999-cu ilin 17 noyabrındakı Marmara zəlzələsindən sonra başlayıb. Sefa Sirmen millət vəkili seçildikdən sonra klub prezidenti vəzifəsindən gedib. Ondan sonra bir neçə dəfə prezident dəyişən klubun əvvəlki şöhrətini qaytarmaq mümkün olmayıb. Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynov 2008/09 mövsümündə "Kocaelispor"un formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər