Rəşad Sadıqovun doğum günüdür

Rəşad Sadıqovun doğum günüdür
Bu gün "Qarabağ”ın kapitanı Rəşad Sadıqovun doğum günüdür.
Fanat.Az xəbər verir ki, uzun illər milli komandanın kapitanı olmuş müdafiəçinin 37 yaşı tamam olur.
1982-ci ildə Bakıda dünyaya gələn Rəşad Sadıqov "Qarabağ”dan başqa ölkəmizdə "Turan” və "Neftçi”, Türkiyədə "Kayserispor”, "Kocaelispor” və "Əskişəhərspor”, İranda isə "Fulad” klublarında çıxış edib.
2001-2017-ci illərdə millimizin şərəfini qoruyan Rəşad Sadıqov yığmada ən çox oyun keçirən (111) futbolçudu. 
Rəşad Sadıqov futbolçu karyerası ilə paralel olaraq məşqçilik də edib. O, "Qarabağ"ın U-19 komandasının və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər