Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovdan xoş xəbər gəlib. Fanat.az futbod11.az saytına istinadən xəbər verir ki, kapitan artıq fərdi məşqlərə başlayıb.
Yüngül məşq prossesinə qoşulan Rəşad eyni zamanda qaçmaqla ayağındakı ağrıların ona nə dərəcədə narahatçılıq yaradacağını da bilmiş olub. Ola bilər ki, müdafiəçi bazar günü Topaz Premyer Liqasının XIV turunda “Rəvan”la keçiriləcək qarşılaşmaya kimi hazır olsun. Oyun vaxtı aparılacaq son müayinədən sonra Rəşadın oynayıb-oynamayacağına aydınlıq gələcək.
Fanat.az