Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Norveç - Azərbaycan oyunu 0:0 hesabı ilə başa çatdı. Fanat.az matçın statistikasını təqdim edir.
| Norveç | 0:0 | Azərbaycan |
| 52% | Topa sahib olma | 48% |
| 15 | Qapıya zərbələr | 11 |
| 2 | Çərçivəyə | 2 |
| 7 | Korner | 2 |
| 2 | Ofsayd | 4 |
| 0 | Sarı vərəqə | 1 |
| 0 | Qırmızı vərəqə | 0 |
| 12 | Qayda pozuntusu | 11 |
| 471 | Ötürmə | 419 |
| 412 | Dəqiq | 356 |
Fərdi göstəricilərə gəlincə, millimizin kapitanı Rəşad Sadıqov ötürmələrdə 100 faizlik göstəriciyə imza atıb. Futbolçumuzun 42 ötürməsinin hamısı dəqiq olub. Ötürmələrdə ən pis göstərici yığmamızın qapıçısı Kamran Ağayevə (30%) və rəqib komandanın üzvü Coşua Kinqə məxsusdu (71%).
Fanat.az