Rəşad Sadıqov: "Üzərimizdə təzyiq var idi"

Rəşad Sadıqov: "Üzərimizdə təzyiq var idi"

 

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Kukesi"ni 3:0 hesabıyla yendikləri oyundan sonra açıqlama verib.

 

 

Fanat.Az xəbər verir ki, "terminator” böyükhesablı qələbəyə baxmayaraq oyunun çətin keçdiyini söyləyib: "Bəzin oyunlara çıxanda üzərində təzyiq olmur. Bu oyunda isə üzərimizdə böyük təzyiq var idi. Çünki hamı mərhələni keçməyimizi gözləyirdi. Şükür Allaha ki, öhdəsindən gələ bildik. Növbəti rəqibimizlə oyundan dərhal sonra maraqlandım. Mənə dedilər ki, BATE ilə düşmüşük. Təcrübəli komandadı. Bizi çətin oyunlar gözləyir. İlk matçın Bakıda keçirilməsi isə BATE-yə üstünlük verir".

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər