| № | Futbolçu (klub) | Dəyəri (avro) | Artıb-azalıb |
| 1 | Cihan Özkara (Simurq) | 650.000 | -250.000 |
| 2 | Qara Qarayev (Qarabağ) | 500.000 | +350.000 |
| 3 | Bədəvi Hüseynov (Qarabağ) | 450.000 | ilk dəfə |
| 4 | Vüqar Nadirov (Qarabağ) | 450.000 | +150.000 |
| 5 | Cavid Hüseynv (Qəbələ) | 450.000 | +150.000 |
| 6 | Ruslan Abışov (Qəbələ) | 450.000 | +50.000 |
| 7 | Cavid Tağıyev (Qarabağ) | 400.000 | +250.000 |
| 8 | Rəşad Sadıqov (Qarabağ) | 400.000 | -250.000 |
| 9 | Səlahət Ağayev (İnter) | 400.000 | +50.000 |
| 10 | Araz Abdullayev (Neftçi) | 400.000 | +150.000 |
| 11 | Rahid Əmirquliyev (Xəzər L) | 400.000 | -100.000 |
| 12 | Bəxtiyar Soltanov (Qəbələ) | 350.000 | +150.000 |
| 13 | Arif Daşdəmirov (İnter) | 350.000 | +200.000 |
| 14 | Elvin Məmmədov (İnter) | 350.000 | -50.000 |
| 15 | Rəşad Eyyubov (Simurq) | 350.000 | ilk dəfə |
| 16 | Maksim Medvedev (Qarabağ) | 300.000 | +100.000 |
| 17 | Coşqun Diniyev (İnter) | 300.000 | +250.000 |
| 18 | Nizami Hacıyev (İnter) | 300.000 | -50.000 |
| 19 | Əfran İsmayılov (İnter) | 300.000 | -100.000 |
| 20 | Aqil Məmmədov (Neftçi) | 300.000 | +100.000 |
| 21 | Əziz Quliyev (Neftçi) | 300.000 | ilk dəfə |
| 22 | Məqsəd İsayev (Neftçi) | 300.000 | ilk dəfə |
| 23 | Mirhüseyn Seyidov (Neftçi) | 300.000 | +100.000 |
| 24 | İlkin Qırtımov (Simurq) | 300.000 | ilk dəfə |
| 25 | Elnur Abdullayev (Simurq) | 300.000 | -50.000 |
Rəşad Sadıqov ucuzlaşdı, Qara Qarayevin qiyməti artdı - SİYAHI
"Transfermarkt" futbolçularımızın yeni qiymətlərini açıqlayıb. Fanat.az хəbər verir ki, ən bahalı azərbaycanlı futbolçuların qiymətlərində dəyişiklik olub.
Dəyəri 900 min avrodan 650 minə düşən "Simurq"un oyunçusu Cihan Özkara yenə siyahıya başlçılıq edir. İkinci pillədəki Rəşad Sadıqov mövqeyini itirib. Dəyər 650 min avrodan 400 minə düşən millinin və "Qarabağ"ın kapitanı 8-ci pillə düşüb. Əvəzində Qara Qarayev dəyərini 350 min avro artıraraq 500 minlə ikinci pilləyə yüksəlib.
"Qarabağ"lılar - Vüqar Nadirovla Bədavi Hüseynov və "Qəbələ"dən Ruslan Abışovla Cavid Hüseynov qapayır - 450 min avro. Bədaviyə ilk dəfə qiymət qoyulub, Vüqarla Cavid dəyərini 150, Ruslan 50 min avro artırıb.
Bədəvi Hüseynovla yanaşı, son dövrlər uğurlu çıхışı ilə diqqəti çəkən Rəşad Eyyubov, Əziz Quliyev, Məqsəd İsayev və İlkin Qırtımova ilk dəfə qiymət qoyulub.
Rahid Əmirquliyev, Elvin Məmmədov, Nizami Hacıyev, Əfran İsmayılov və Elnur Abdullayev qiyməti ucuzlaşan futbolçulardı.
Cavid Tağıyevlə Coşqun Diniyev Qara Qarayevdən sonra qiymətini ən çoх artıran futbolçularımız olub. Onların dəyəri 250 min artıb.
Ötən siyahıda 400 min avro qiymət qoyulan Rasim Ramaldanov 150 min avro ucuzlaşıb və "25-lik"dən çıхıb - 250 min avro.
Fanat.az
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"