"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində səfərdə "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis 1:3 hesabı ilə məğlub olduqları görüşü belə dəyərləndirib:
"Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi. Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Bilirdik ki, kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olanda qələbə qazanmaq müşkülə çevrilir".