Rəşad Sadiqov üçün mövsüm bitdi

Rəşad Sadiqov üçün mövsüm bitdi
Rəşad Sadiqov üçün mövsüm erkən bitib. Fanat.az xəbər verir ki, "Neftçi"nin kapitanı son turun "Simurq"la oyununu buraxmalı olacaq.
Belə ki, yarımmüdafiəçi cəzalı duruma düşüb. "Rəvan"la oyunun 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan kapitan sarı vərəqə limitini doldurub. Bu Rəşadın mövsüm ərzində 4-cü "sarı"sı olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər