Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"lə cavab oyunundan sonra Türkiyəyə yollanıb.
Fanat.az Sportal.az-a istinadən xəbər verir ki, buna Sadıqovun ÇL-in II təsnifat mərhələsində "Samtredia" ilə Bakıda keçirilən matçda (5:0) zədələnməsi səbəb olub. Bu səbəbdən kapitan müayinə olunmaq üçün qardaş ölkəyə üz tutub. Həkimlərin rəyindən sonra Rəşadın son durumuna aydınlıq gələcək.
Xatırladaq ki, "Qarabağ" ÇL-in III təsnifat mərhələsində evdə "Şerif"lə 0:0 hesablı heç-heçə etdiyi qarşılaşmanın cavab oyununda 2:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə Avropanın bir nömrəli klub turnirinin pley-offuna yüksəlib. Həmin tarixi qələbədə Rəşad Sadıqov 90 dəqiqə meydanda olub.
Fanat.Az