Rəşad Sadıqovdan qələbə şərhi

Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında çıxış edib. 
 
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis bildirib ki, ilk dəqiqədən futbolçular onlara verilən tapşırıqları yerinə yetiriblər:
 
"Maraqlı oyun alındı. Çempionatın son matçları psixoloji cəhətdən çətin keçir. İkinci hissəyə daha inamlı başladıq. Birinci qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı. İkinci qolu vurduqdan sonra oyun daha çətin oldu".
 
Sadıqov son turda "Sabah"la keçirəcəkləri matça köklənəcəklərini söyləyib: "Sevinməyə vaxtımız yoxdur. Futbolçuların bu matçın məsuliyyətini başa düşür".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər