Rəşad Sadıqov rəsmi debüt oyununun yeri və vaxtı açıqlandı

Rəşad Sadıqov rəsmi debüt oyununun yeri və vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.
Əlavə edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər