Millimiz Kosovoya uduzdu

Millimiz Kosovoya uduzdu
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutub.
Yığmamız səfərdə Kosovo ilə görüşüb. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyunu olub. Əvvəlki 5 oyunda cəmi bir xal qazanan gənclər yığmamız yenə məğlub olub - 0:2.
Qrupun digər oyununda Almaniya evdə İsrailə 3:0 hesabı ilə qalib gəlib. 
AVRO-2019
Seçmə mərhələ
5-ci qrup
22 mart
Kosovo - Azərbaycan 2:0
Qollar: Florent Hasani, 54. Ardian İsmayli, 61.
Kosovo: 1. Visar Bekay, 3. Arian Kabaşi, 4. Besfort Kolqeci (k) (23. Arbenit Cemayli, 81), 5. Ardian İsmayli, 6. Dren Feka, 7. Valmir Suleymani, 8. Florent Hasani, 10. Ron Broya (11. Meriton Korenika, 84), 13. Lirim Mema, 19. Mirlind Daku (22. Kuştrim Şabani, 67), 20. Kamer Krasniqi.
Ehtiyat oyunçular: 12. Floryan Smakiqi, 9. Mendurim Hoti, 15. Muharrem Yaşari, 17. Ylber Maloku.
Baş məşqçi: Rafet Prekazi.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşqın, 3. Cabir Əmirli (8. Budaq Nəsirov, 57), 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 9. Ramil Şeydayev, 10. Mahir Mədətov, 19. Fəhmin Muradbəyli (17. Ozan Can Kökcü, 53), 23. Hacıağa Hacıyev (15. Ülvü İskəndərov, 71).
Ehtiyat oyunçular: 1. Abdulla Seyidəhmədov, 13. Murad Qayalı, 20. Ömər Buludov, 21. İlkin Muradov.
Baş məşqçi: Rəşad Sadıqov.
Sarı vərəqələr: Dren Feka, 4 - Cabir Əmirli, 29. Ramil Şeydayev, 77. Budaq Nəsirov, 90+3.
Hakimlər: Donald Robertson, Cordan Stokoe, Şon Karr, Nikolas Uolş (Şotlandiya).
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu.
 

1

Almaniya

6

5

0

1

23-6

15

2

İrlandiya

5

3

1

1

9-3

10

3

Kosovo

7

3

1

3

8-8

10

4

Norveç

6

2

2

2

7-8

8

5

İsrail

6

2

1

2

9-13

7

6

Azərbaycan

6

0

1

5

3-21

1

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər