"Xəzər Lənkəran" Rəşad Sadiqovun keçidini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Rəşad 2013/14 mövsümü başa çatandan sonra "Xəzər Lənkəran"a qoşulmuş və təlim-məşq toplanışlarında iştirak etmişdi. Lakin onun transferi indiyədək rəsmiləşməmişdi.
30 yaşlı futbolçu karyerası ərzində "Şəfa", "MOİK", "Qarabağ" klublarında top qovub, son iş yeri isə paytaxtın "Neftçi" klubu olub. 2006-cı ildən etibarən Azərbaycan milli komandasının şərəfini qoruyur.
Fanat.az