Rəşad Sadıqov: "Rəqiblər bizə qarşı daha aqressivdir"

Rəşad Sadıqov: "Rəqiblər bizə qarşı daha aqressivdir"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Son 2 turda rəqiblər bizə qarşı daha aqressivdir. Əvvəl digər komandalar bizə  qarşı bu qədər hazırlaşmırdı. Amma uşaqlara demişdim ki, hər şeyə hazır olun. Ağıllı oynayıb qələbə qazandıq. Hər oyuna maksimum dərəcədə hazırlaşırıq. Hər şeyi düzgün etmək istəyirik ki, nəticə yaxşı olsun. Vacib qələbə qazandıq. Bu dəqiqə hər bir xal vacibdir. İlk 15-20 dəqiqədə külək bizə qarşı idi. Topla oynamaq və hücum etmək çətin idi. İkinci hissəyə isə daha yaxşı başladıq. Hər iki komandanın qol fürsətləri oldu. Sevindirici haldır ki, qalib gəldik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər