"100-cü oyunumda daha yaxşı nəticə olmağını istərdim. Amma oyun onu göstərdi ki, rəqib üzərində yaxşı nəticə qazanmaq çətindi". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya oyundan sonra millimizin üzvü Rəşad Sadıqov deyib.
Kapitan oyunu dəyərləndirib: "Rəqibin imkan verdiyi qədər oynadıq. Müdafiədən çıxanda soyuqqanlı olurduq. Lakin cərimə meydançasına yaxınlaşanda artıq rəqib boşluqlar vermirdi. Uzun müddətdi belə komandaya qarşı oynamırdıq. Onlardan dərs götürmək lazımdı".
Fanat.az