Rəşad Sadiqov: "Hər an oynamağa hazır idim"

Rəşad Sadiqov: "Hər an oynamağa hazır idim"
"Robert Prosineçki Avropa Liqası matçlarında oyunumu görərək, mənə yenidən dəvət göndərdi. Təəssüratlarım çox yaxşı oldu. Yeni baş məşqçinin dönəmində milliyə qayıdışımda yaxşı nəticə qazandıq". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Rəşad Sadiqov deyib.
Sadiqov isə uzun fasilədən sonra milliyə qayıdıb. Robert Prosineçki onu fevralda Antalya toplanışına çağırsa da, 32 yaşlı futbolçu zədə üzündən hazırlıqda iştirak edə bilməmişdi. Bu dəfə belə problem yaşamayan Rəşad xorvatiyalı mütəxəssisin ona göstərdiyi diqqəti qeyd edib: "Açığı, oynayacağımı gözləyirdim. Prosineçki matçdan öncə mənə dedi ki, hər dəqiqə səni meydana buraxa bilərəm. Ona görə də hər an oynamağa hazır idim. Prosineçki yaxşı mütəxəssisdir, futbolçulara inamı var. O, komandaya qələbə ruhu verir. Mənə elə gəlir ki, Prosineçkinin vaxtında millidə daha yaxşı nəticələr əldə etmək olar”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər