"Rusiyanın üstünlüyü var, axı onları heç-heçə də qane edir. Ancaq mən əminəm ki, rəqib heç-heçəyə oynamayacaq". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rəşad Sadıqov deyib.
Kapitan oyundan öncə iddialı danışıb: "Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik. Biz mükafat haqqında yalnız oyundan sonra danışırıq. Matçdan əvvəl bütün diqqətimizi qarşılaşmaya kökləmişik".
Rəşad Mahir Şükürovla Kamran Ağayevin mətbuata açıqlama verməmsinin səbəbini bilmədiyini deyib: "Bunun səbəbini bilmirəm. Gələn dəfə onlarla bu haqda danışaram. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz".