Rəşad Sadıqov "Fiorentina"ya qarşı oynayacaq? - AÇIQLAMA

Rəşad Sadıqov "Fiorentina"ya qarşı oynayacaq? - AÇIQLAMA

"Qarabağ" "Fiorentina" ilə tarixi matça hazırlaşır. Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu vacib matça itkilərlə çıxmalı olacaq.

Belə ki, Maksim Medvedev və Migel Madera cəzalı olduğu üçün italyanlara qarşı oynamayacaq. Bundan başqa kapitan, komandanın lideri Rəşad Sadıqovun da zədəsi var. Onun məşqlərə başladığı bildirilsə də, oynayıb-oynamayacağı bilinmir.

Kapitanın son durumunu öyrənmək üçün "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. Klub rəsmisi Fanat.Az-a açıqlamasında bunları dedi: "Rəşad hazırda fizioterapist nəzarəti altında, xüsusi proqramla məşq edir. Onu oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar. Oynayıb-oynamayacağı oyun günü bilinəcək".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər