"Təlim-məşq toplanışı üçün komandaya hər cür şərait yaradılmışdı. İnanıram ki, çempionatın davamında bunun faydasını görəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Rəşad Sadiqov deyib.
Sadiqov hər iki cəbhədə iddialı olduqlarını bildirib: "Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionatda mübarizə aparan rəqiblərimizin hamısına qarşı tam gücümüzlə oynamalıyıq. Çünki bundan sonra qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Eyni zamanda ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik".
Fanat.az