Rəşad Sadıqov: "Bu oyunu udmaq lazım idi"

Rəşad Sadıqov: "Bu oyunu udmaq lazım idi"

Rəşad Sadıqov "Sent-Etyen"lə keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın kapitanı yaxşı oynadıqlarını, amma qol vura bilmədiklərini deyib:

"Bu oyunu udmaq lazım idi. Çoxlu hücumlar qurduq. Lakin rəqib yaxşı müdafiə olundu. Qol epizodlarından yararlana biilmədik".Təəssüflər olsun ki, qol imkanlarımızdan istifadə edə bilmədik. Reynaldo yaxşı oynadı. Amma futbolda hərdən elə oyunlar olur ki, nə qədər çalışsan da, qol vura bilmirsən. Futbolda hər şey olur. Elə oyun olur ki, nə qədər çalışsan da, qol vurmaq mümkün olmur. Futbolda "vurmalı idi", “qalib gəlməli idik” deyimi yoxdu. Yaxşı oynamaq o demək deyil ki, qələbə qazanacaqsan. Ancaq yaxşı olardı ki, qrup mərhələsinə üç xalla başlayaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər