Rəşad Sadıqov püşkü dəyərləndirdi

Rəşad Sadıqov püşkü dəyərləndirdi
"Arsenal”ın oyun üslubu Emeri gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz meydanlarında "boğsunlar”. Onların bir-iki yoldaşlıq görüşlərinə baxmışam".
Fanat.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının püşkünə münsibət bildirən "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
"CBC Sport”a açıqlama verən 36 yaşı müdafiəçi çətin qrupa düşdüklərini deyib: "Sportinq” də, "Arsenal” da çox yaxşı komandalardı. "Arsenal” ümumiyyətlə, turnirin favoritidi. "Vorskla" Ukraynanın klubudur. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər