Rəşad Sadıqov mükafatına qovuşdu

Rəşad Sadıqov mükafatına qovuşdu

30-cu turun “Qarabağ” -  “Rəvan” oyunundan öncə ağdamlıların kapitanı Rəşad Sadıqova kubok verilib. Fanat.az xəbər verir ki, televiziya vasitəsi ilə yayımlanmayan görüşün start fitindən əvvəl “Futbol+”in redaktoru Kənan Həsənov  rəmzi mükafatı müdafiəçiyə təqdim edib.

 Qəzetin ənənəvi sorğusuna əsasən 2013-cü ilin ən yaxşı futbolçusu seçilən Sadıqovun rəmzi mükafatının sahibinə gec çatdırılması da səbəbsiz deyil. Kapitanın zədə üzündən əksər matçların start heyətində yer almaması hər şeyin “Rəvan”la oyuna qalmasını şərtləndirib.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər