Rəşad Sadıqov mükafat aldı

Rəşad Sadıqov mükafat aldı
"İmarət" azad azarkeş qrupu ənənəvi olaraq ilin hesabat tədbirini keçirib. Fanat.az xəbər verir ki, Qafqaz Point Hotel"də baş tutan tədbirə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, futbolçulardan Rəşad Sadıqov, Qara Qarayev və Namiq Yusifov da iştirak edib.
 
Tədbirin başlanğıcında azarkeş qrupunun üzvü Qabil Hüseynov "İmarət"in 2013-cü ildə gördüyü işlər haqqında hesabat verib. Ardınca, Əmrah Çəlikəl çıxış edərək "İmarət"in varlığının "Qarabağ" ruhuna xusüsi abu-hava gətirdiyi bildirib. Emrah bəyin ardınca "Qarabağ" qazisi Rey Kərimoğlu, "Qarabağ"ın tarixinə adlarını yazdırmış Habil Qurbanov, Adil Nadirov və başqaları çıxış edərək xatirələrini danışıblar.
Bundan sonra isə mükafatlandırma mərasimi baş tutub. Azarkeşlər ötən il ən yaxşıları seçmələrinə baxymayaraq, bu il sadəcə ən yadda qalanları fərqləndiriblər. Mükafatları isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov təqdim edib. Kapitan Rəşad Sadıqov "Qarabağ" adına sadiq qaldığı üçün, "Ən sadiq futbolçu" nominasiyasına layiq görülüb. Klubun meneceri Asif Əsgərov azarkeşlərlə işini təşkilinə görə "Azarkeşin dostu" adı ilə təltif olunub. Bu il "İmarət" fan klubu ölkədə ilk dəfə olaraq azarkeşlik etdiyi komandaya mahnı bəstələmişdi. Bu mahnının bəstələnməsində heç bir təmməna güdmədən ürəklə və keyfiyyətli iş gördüyü üçün bəstəkar Xanım İsmayılqızı "Azarkeşin sevimli bəstəkarı" adına layiq görülüb.
 
Ötən ildən fərqli olaraq azarkeşlər "Qarabağ"a aid ən yaxşı yazını seçibliər. Ən yaxşı yazı isə Vüsalə Məmmədovanın yazısı olub.
 
"İmarət" hər il "Qarabağ" ailəsinə, komandanın tarixinə də nəzər salır. 1998-1999-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadə ən çətin vaxtlarda kluba sahib çıxmışdı. O, heç bir təmənna güdmədən komandaya sponsorluq edib, "Qarabağ" adını yaşatdığına görə "Azarkeşin sevimli prezidenti" adına layiq görülüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər