Rəşad Sadıqov milli karyerasının son matçından danışdı

Rəşad Sadıqov milli karyerasının son matçından danışdı

"DÇ-2018"in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq.  Fanat.Az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

 

35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımı atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyundan öncə keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

 

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər