Rəşad Sadıqov milli karyerasını bitirir? - açıqlama

Rəşad Sadıqov milli karyerasını bitirir? - açıqlama

Milli komandamız sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyanı qəbul edəcək. Fanat.az хəbər verir ki, bu gün keçirilən mətbuat konfransında kapitan Rəşad Sadıqov da iştirak edərək matçla bağlı fikirlərini bildirib: 

"Bizi ağır və gərgin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Rəqib qələbə qazanıb final mərhələsinə vəsiqəni təmin etmək istəyir. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

Təbii ki, 100-cü oyunumda qələbə qazansaq, bu oyun mənim üçün yadda qalmaya bilməz. Düşünürəm ki, bərabərlik olsa belə bu bizim üçün yaxşı nəticədi.

Son zamanlar mətbuatda gücüмцн tükənməyi, qocalmağınla bağlı xəbərlərи eşitmişəm. Mən belə şeylərə fikir vermirəm. Amma futbolçu üçün 33 yaş qocalıqdı. Baxmayaraq ki, həyatda bu yaş cavan yaşdı. Ancaq 120, 140 oyuna çata biləcəyimi deyə bilmərəm. Tsikl qurtarandan sonra bu haqda fikirləşəcəm. Düşünürdüm ki, 100-cü oyunum, ümumiyyətlə, bu tsikl mənim üçün sonuncu olacaq. Bilmirəm həmin oyuna lazım olacam, ya yox, amma inamla çıxış etmək komandaya kömək etmək lazımdı. 2-3 ay əvvəl baş məşqçi ilə söhbətimdə dedim ki, istəyirəm bu mənim üçün son tsikl olsun. Amma baş məşqçi mənə tələsməməyi dedi. Yavaş-yavaş yaş öz sözünü deyir. Həm 2 il ardarda Avropa Liqası, çempionat oyunları və yığmanın çıxışları sıx qrafik yaratdı. Düşünürəm ki, həm özüm, həm də komandam üçün ən düzgün qərarı verəcəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər