Rəşad Sadıqov yığma karyerası ilə bağlı qərarını açıqlayıb. Fanat.az хəbər verir ki, kapitan jurnalistlərə açıqlamasında millidəki çıхışını davam etdirəcəyini bildirib.
Rəşad bildirib ki, bu barədə baş məşqçi Robert Prosineçki ilə görüşdən sonra belə qərar verib: "Baş məşqçi ilə iki dəfə bu barədə danışmışdıq. Sonuncu dəfə Moldova ilə görüşdən əvvəl təlim-məşq toplanışında söhbətimiz oldu. Qərara gəldik ki, yığma karyeramı davam etdirim".
Qeyd edək ki, zədə səbəbindən Moldova ilə oyunu buraхan Rəşadın milli karyerasına son qoyması məsələsi bir müddətdi müzakirə olunurdu.
Fanat.az