Rəşad Sadıqov: "Komanda tam istədiyim səviyyədə deyil"

Rəşad Sadıqov: "Komanda tam istədiyim səviyyədə deyil"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri sınaq matçını (0:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib:
"Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. Artıq bir həftə sonra Premyer Liqanın ilk turunda "Qarabağ"la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər