"İstədiyimiz kimi alınmadı" - Rəşad Sadıqov

"İstədiyimiz kimi alınmadı" - Rəşad Sadıqov
"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı".
 
Fanat.Az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis 2-ci yarıda daha yaxşı çıxış etdiklərini bildirib: "Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar". (Report.az)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər