Rəşad Sadıqov əməliyyat olunacaq

Rəşad Sadıqov əməliyyat olunacaq
"Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov müayinədən keçib. Fanat.az xəbər verir ki, müdafiəçinin qasıq nahiyəsindən cərrahi əməliyyata ehtiyacı olduğu aşkarlanıb.
Əməliyyatın dəqiq vaxtı hələ məlum deyil. Amma bu ən qısa zamanda reallaşacaq. Rəşadın məşqlərə başlayacağı tarix də bundan sonra müəyyənləşəcək.
Sadıqov qasıq bağlarını “İnter”lə oyunda zədələyib. Əməliyyatdan sonrakı bərpa iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Rəşad cari mövsümdə "Qarabağ"ın heyətində 21 oyuna çıxıb (Premyer Liqa, Azərbaycan Kuboku, Avropa Liqası).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər