Rəşad Sadıqov əcnəbi hakim istəyir

Rəşad Sadıqov əcnəbi hakim istəyir

“Qarabağ"ın və millimizin kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasına əcnəbi hakimlərin dəvət olunmasının tərəfdarıdır. 

Fanat.Az xəbər verir ki, təcrübəli müdafiəçi "CBC Sport" kanalında qonağı olduğu "3-cü hissə" verilişində bu təkliflə çıxış edib: 

"Yüksək səviyyəli hakimlərimiz azdır. Onlar da ardıcıl oyunlar idarə edir, fiziki və psixoloji cəhətdən yüklənirlər. Qarşıdakı turda isə çempionluq uğrunda mühüm olan "Qəbələ" - "Qarabağ" matçı var. Belə vacib oyunlara əcnəbi hakimlərin dəvət olunması daha məqsədəuyğun olardı. Vaxtı ilə Azərbaycanda belə praktika olub. Azərbaycan çempionatı ilə yanaşı, ölkə kubokunada Almaniyadan hakimlər dəvət olunmuşdu".   

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər