Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" "İnter"i 4:0 hesabı ilə darmadağın edib.
Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların kapitanı Rəşad Sadıqov yenidən cəbhədə yaranan gərginlikdən söz açıb.
O, komanda yoldaşları ilə cəbhə bölgəsinə getmək istədiklərini bildirib:
"Cәbhәdә vәziyyәt gәrgindir. Әsgәrlәrimiz bilsin ki, biz onlarlayıq. Çünki bütün fikrimizi ora yönәltmişik. Hәr zaman yanlarında olmağa hazırıq. Biz bunu söz kimi demirik. Sözümüzün dә arxasında durmağa hazırıq. Uşaqlarla danışmışıq vә cәbhә bölgәsindәki hәrbi hissәlәrdәn birinә getmәk istәyirik. Amma gәrginlik olduğu üçün deyirlәr ki, bizi ora buraxmayacaqlar. Amma imkan olan kimi yollanacağıq. Bu barәdә fikrimiz var. Legionerlәrimizә dә durum haqqında mәlumat veririk. Onlar da vәziyyәtdәn xәbәrdardırlar”.
Fanat.az