Rəşad Sadıqov Avroliqanın "yığma"sında yer aldı

Rəşad Sadıqov Avroliqanın "yığma"sında yer aldı
Avrokuboklarda son turun yekun oyunlarına görə, UA-Futbol saytı Avropa Liqasında həftənin simvolik yığma komandasını müəyyən edib. Fanat.az xəbər verir ki, simvolik yığmada “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb. 
“Dnepr”lə oyunda futbolçumuzun oyununu yüksək dəyərləndirən həmkarlarımız Sadıqovu mərkəz müdafiçisi kimi ən yaxşı hesab ediblər. “Dnepr”lə qarşılaşmada qolun müəllifi Muarem Muaremi isə oyunun qəhrəmanı sayıblar.
Avropa Liqasında həftənin simvolik yığma komandasında aşağıdakı futbolçular yer alıblar:
 
Qapıçı: Kreyq Qordan (“Seltik” Şotlandiya).
Müdafiəçilər: Nikola Maksimoviç (“Torino”, İtaliya), Fil Yaqelka (“Everton”, İngiltərə), Rəşad Sadıqov (“Qarabağ”, Azərbaycan), Xuan Xesus (“İnter”, İtaliya).
Yarımmüdafiəçilər: Kevin Konstant (“Trabzonspor”, Türkiyə), Kevin de Brüne (“Volfsburq”, Almaniya), Kristian Malinaro (“Torino”, İtaliya).
Hücumçular: Andrey Kramariç (“Rieka”, Xorvatiya), Demba Ba (“Beşıktaş”, Türkiyə), Qiyom Oaro (“Yanq Boyz”, İsveçrə).
Baş məşqçi: Kent Nilsen (“Olborq”, Danimarka).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər