"Rusiya ilə matçda komandamız sona kimi döyüşdü və güclü rəqibdən xal almağı bacardı. Bu oyunda meydana çıxmasam da, komanda yoldaşlarımın qazandığı nəticəyə görə azı onlar qədər sevindim və özüm də hər an meydana çıxmağa hazıram. "Neftçi"dən olan komanda yoldaşlarım da özlərini yaxşı tərəfdən göstərdilər. Qrup matçlarını 9 xalla başa vurmağımız məncə yaxşı nəticədi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı Rəşad Sadiqov deyib.
Sadiqov "Rəvan"la oyunda qələbə qazanmaq istədiklərini bildirib: "Artıq seçmə mərhələnin oyunları başa çatdığından bütün diqqətimizi çempionata yönəltmişik. Həftəsonu "Rəvan"ı qəbul edəcəyik. Rəqibin aşağı pillələrdə qərarlaşması bizi arxayınlaşdırmır. "Rəvan"la oyunda meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, "Neftçi"nin sadiq azarkeşləri bu oyunda da bizi tək qoymayacaqlar".
Fanat.az