Rəşad Sadıqov 100-ə çatdı

Rəşad Sadıqov 100-ə çatdı

"Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov Azərbaycan çempionatında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssisin yubileyi “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın 8-ci turunun matçına təsadüf edib.

Yalnız bir klubda çalışan Sadıqov bu matçların hamısında “qartallar”ın “sükanı arxasında” olub.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionat 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər