Rəşad Nəbiyev: "Cüdonu daha da inkişaf etdirmək bizim üzərimizə düşür"

Rəşad Nəbiyev: "Cüdonu daha da inkişaf etdirmək bizim üzərimizə düşür"

"Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub. Üzərimizə bunları daha da inkişaf etdirmək düşür".

Fanat.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, ilk növbədə hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazımdır: "Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam".

R.Nəbiyev bildirib ki, yeni baş məşqçi ilə bağlı məsələyə hədəflər müəyyənləşəndən sonra aydınlıq gələcək: "Hər bir növdə olduğu kimi, cüdoda da əvvəldən proqnoz vermək çətindir. Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb. Bizim hədəfimiz bu baza üzərində nailiyyətlər əldə etməkdir".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər