Rəşad Eyyubov “Xəzər Lənkəran”la oyunu dəyərləndirdi

Rəşad Eyyubov “Xəzər Lənkəran”la oyunu dəyərləndirdi
“Lənkəran klubuna qarşı oyunumuz ağır olacaq. Rəqib yaxşı komandadı. Sonuncu çempionat oyununda bunu bir daha göstərdilər”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Rəşad Eyyubov deyib.
Klubun mətbuat xidmətinə danışan yarımmüdafiəçi Topaz Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 24-də Gəncədə komandasının “Xəzər Lənkəran”la qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb: “Oyuna hazırlığımız davam edir, ümid edirəm ki, arzuladığımız nəticəni əldə edəcəyik. Rəqibimizin heyətində istedadlı gənclərlə yanaşı, təcrübəli, tanınmış futbolçular da var. Onlardan Rahid Əmirquliyev, Rasim Ramaldanov, Manuel Skarlatakenin adını çəkmək olar. Maraqlı oyun gözlənili”.
"Xəzər Lənkəran” Rəşad Eyyubova daha yaxından tanış komandadı. Belə ki, mövsümlərarası fasilə dövründə orta xətt oyunçusu cənub klubuna transfer edilmişdi. Amma Lənkəran təmsilçisinə qoyulan məlum transfer qadağası səbəbindən debüt etmədən klubdan ayrılmalı oldu. Son nəticədə isə Eyyubov “Kəpəz”ə keçdi: “Onların üstün və ya zəif cəhəti haqda danışmaq istəmirəm. Çünki baş məşqçimiz bunları bizdən daha yaxşı bilir. Oyundan öncə buna da uyğun tapşırıqlarını verəcək”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər